Rusiya və Qərb mətbuatında yazılanlara görə, OPEK buhəftə OPEK+ müqavilə tərəflərinin ötən ilin dekabr ayında neft hasilatının azalması ilə bağlı məlumatları açıqlaya bilər. SİA-nın xəbərinə görə, eyni zamanda 2019-cu ilin ilk rübündə neft bazarı üçün vacib olan hadisələrin bəzi tarixləri də müəyyənləşib.

OPEK daxilində fikir ayrılıqlarının olmadığı və dekabr ayında neft hasilatının azalması ilə bağlı statistik məlumatların üzə çıxması neftin dünya bazarındakı qiymətini yüksəliş tendensiyasına geri qaytarmağa kömək edə bilər.

Bu gün, yanvarın 16-da, Brent neftinin bir barelinin 60-61 dollara satış edəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu il 7-8 fevral tarixlərində OPEK-in "texniki" iclası keçiriləcək, hansı ki, orada karteldən asılı olmayan neft istehsalçıları ilə neft qiymətlərinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında qeyri-müəyyən nizamnamə imzalanma imkanı müzakirə olunacaq.

18-19 fevral tarixlərində isə bu məsələ artıq OPEK+ da müzakirə olunacaq. Müzakirə də mart ayında Bakıda keçiriləcək nazirlər toplantısında da davam edə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə