56 raketli NATO flaqmanı Baltikdə: Rusiya bunu gözləmirdi!

ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USS Grevli” esminesi 56 “Tomahavk” qanadlı raketi birgə Baltik dənizinə daxil olub. Bu barədə Sputnik məlumat yayıb. Sözügedən esmines NATO hərbi-dəniz qrupunun ilk daimi flaqmanı hesab olunur. “USS Grevli”nin Danimarka boğazlarından keçərək Baltik dənizinə gəldiyi deyilib.

Bundan əlavə, qeyd edək ki, esmines 2016-cı ildə Aralıq dənizində Rusiya donanmasına aid “Yaroslav Mudriy” qarşısında təhlükəli manevrlər etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə