Azərbaycan-Gürcüstan memorandumu imzalanıb

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb. “Azərenerji” ASC-dən SİA-ya bildirilib ki, ASC-nin prezidenti Baba Rzayev dekabrın 18-də Azərbaycanda səfərdə olan “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər arasında mövcud olan müqavilə münasibətləri və 330 kilovoltluq ikidövrəli ötürücü xəttinin inşası üzrə müzakirələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə