Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon (on səkkiz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə