“Xəzərin hüquqi statusu haqqında Konvensiyanın əsas nailiyyətləri...”

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas nailiyyətləri Xəzər dənizində baş verən hər şey üçün məsuliyyət daşıyan beş ölkə tərəfindən təsdiq olunmasıdır". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov deyib.

Aktaudakı Sammit Xəzərin hüquqi statusu ilə bağlı 20 ildən çox gedən danışıqlara yekun vurdu. İlk növbədə, bu iş Xəzərin təmin etdiyi faydaların – enerji, bioloji resurslar və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu”, - deyə diplomat müsahibəsində deyib.

Lavrov bildirib ki, Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılmış Konvensiyanın razılaşdırılmış şərtləri əsasında qeyri-regional ölkələr əməkdaşlıq etməyə dəvət olunurlar.

Rusiya XİN başçısı həmçinin, "kritik nailiyyət" adlanan Xəzəryanı ölkələrin hər birinin suveren və balıqçılıq zonasının müəyyənləşdirilməsi ilə bağlı məsələləri əlaqələndirmək üçün lazım olan meyarlar müəyyənləşdirildiyini də açıqlayıb.

Lavrov əlavə edib ki, Konvensiya Xəzər hövzəsində ekoloji və ətraf mühitin mühafizəsi, iqtisadi cəhətdən yararlı və ekoloji cəhətdən faydalı olmalıdır.

"Hesab edirəm ki, bu Konvensiya Xəzəryanı dövlətlərin iqtisadiyyat, ekologiya, gələcək nəsillər üçün bioloji ehtiyatların qorunması sahəsində əməkdaşlığının inkişafına güclü təkan verəcək. Əlbəttə ki, bu, sammitin böyük uğurudur", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə