Rusiya: "OPEC-in qərarından sonra neftin qiyməti 63 dollar/barel təşkil edəcək"

"2019-cu il üçün neftin orta illik qiyməti üzrə proqnozumuz bir barelin 63 dollar olacağıdır". "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. O qeyd edib ki, bu proqnozda OPEC+ sazişi nəzərə alınıb: "Məncə, belə qiymət hazırda qlobal bazarda yaranmış vəziyyətə tam uyğun gəlir və bu həftə Vyanada qəbul edilmiş qərarı da nəzərə alır".

Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktybar ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə