Hökumət ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıb

Azərbaycan Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə qərarda dəyişiklik edib. SİA-nın xəbərinə görə, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Dəyişiklikdən sonrakı siyahı belədir:

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə