OPEC və OPEC+ üzrə neft hasilatı gündəlik 1,2 milyon barrel azaldılıb

Bu gün Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. AZƏRTAC xəbər verir ki, OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Bununla da OPEC və OPEC+ üzrə neft istehsalı sutkalıq 1,2 milyon barrel azaldılıb. Yekun razılaşma isə 2019-cu ilin ilk rübündə imzalanacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, bu qərar bazara verilən ciddi siqnaldır. İclasda, həmçinin OPEC və qeyri-OPEC formatında növbəti toplantının gələn ilin aprelində Vyanada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə