Neft-qaz təmayüllü şirkətlərdə göstəricilər kifayət qədər yüksəkdir

“Biz bu gün neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış Prezident İlham Əliyev qarşısında məruzə edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini verib". Bunu Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının beşinci ildönümü ilə bağlı bu gün hesabat toplantısında çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev deyib.

“Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə "BP Azerbaijan" şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77 faiz civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90 faizi milli kadrlardan ibarətdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Counz bildirib: “Biz Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə