ƏMDK-nın sədri Salyan rayonunda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 noyabr, 2018-ci il tarixində Salyan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Salyan rayonu ilə yanaşı Şirvan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

SİA xəbər verir ki, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan ərazi şöbəsi:
(02121) 5-27-98, (02125) 5-04-57
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi:
(02121) 5-52-45, (02125) 5-50-98

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə