Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb

2018-ci ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 354,6 milyon manat vəsait yönəldilib.

Rəsmi statistikaya əsasən, bu investisiyaların 362,2 mln. manatı oktyabr, 361,4 mln. manatı sentyabr, 396,3 mln. manatı avqust, 342,1 mln. manatı iyul, 466,2 mln. manatı iyun, 447,7 mln. manatı may, 592,2 mln. manatı aprel, 489,1 mln. manatı mart, 437,6 mln. manatı fevral, 459,8 mln. manatı yanvar ayında yatırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına investisiya qoyuluşunda əvvəlki ayla müqayisədə 0,2% artım qeydə alınıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 mlrd. 518,9 milyon manatı (80,8%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Bütün xəbərlər Facebook səhifəmizdə