Kərkük-Ceyhan boru xətti fəaliyyətə başlayıb

İraq hökuməti Kərkük-Ceyhan boru xətti ilə xam neftin ixracını bərpa edib. Anadolu agentliyi istinadla xəbər verir ki, bu barədə İraqın neft naziri Asım Cihad məlumat verib. Bildirilir ki, Ceyhan limanına bu xətlə gündəlik orta hesabla 100 barelə qədər neft çatdırılacaq.

Qeyd edək ki, bir müddət İŞID terrorçu qruplaşmasının, sonra İraq Kürd rəhbərliyinin hərbi birləşmələrinin təsirində olan Kərkük bölgəsinə hazırda İraq ordusu nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...