İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək

Cari ilin sonuna kimi ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi ötəcək. SİA xəbər verir ki, bu barədə noyabrın 16-da SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) 2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında birliyin baş direktoru Əkbər Hacıyev deyib.

O bildirib ki, bu ilin axırına kimi 128 məntəqənin qazlaşdırılması nəzərdə tutulur. Yanvar-oktyabr aylarında 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə