AAYDA-nın 100 illiyi münasibəti ilə tədbir keçirilib

Bu gün 16 noyabr 2018-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 100 illiyi münasibəti ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə ilk öncə dövlət himni səsləndirilib.

İlk çıxış üçün söz Prezident İlham Əliyevin İqtisadi məsələlər üzrə koməkçisi Əli Əsədova verilib. Ə.Əsədov AAYDA əməkdaşlarına Cənab Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra çıxış üçün söz AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədova verilib. İdarə Heyətinin sədri əvvəlcə tədbirə qatılan qonaqları təqdim edib və dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirib. S.Məmmədov daha sonra AAYDA-nın tarixindən danışıb və qeyd edib ki, bu təşkilatın yaranması Azərbaycan Xaalq Cümhuriyyətinin yaranması ilə başlayıb. Sonda AAYDA İdarə Heyətinin sədri Cənab Prezidentə təbrikə görə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda AAYDA-ya həsr olunmuş film nümayiş etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə