Gürcü nazir: "Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir"

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Bizim Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında da çox yaxşı əməkdaşlığımız var. Bu format bizə bir sıra vacib layihələri gerçəkləşdirməyə imkan verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan-Gürcüstan regional biznes forumu keçirilə bilər. Noyabrın 20-də keçirilməsi nəzərdə tutulan forumun paytaxt Tbilisidə deyil, Gürcüstanın bölgələrinin birində keçirilməsi planlaşdırılıb.

N.Çikovani, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə iş adamlarının biznes forumunun da keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. “Bu cür tədbirlər bizim əməkdaşlığımızı, dostluğumuzu, iqtisadiyyatımızı daha da möhkəmləndirir”, - deyə N.Çikovani vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə