Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradır TƏHLİL

Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyəti ilə əlaqədar Fərmanları və Sərəncamları sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır

Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində davamlı irəliləyiş və yüksək dinamizm müşahidə olunur. İctimai həyatın bütün sahələrində ölkə başçısının intibah və tərəqqinin əsasını qoyması islahatların davamlığını, ardıcıllığını şərtləndirir.
Perspektivli layihələrin reallaşdırılması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarının, sərəncamların yerinə yetirilməsi sözsüz ki, iqtisadi inkişafı stimullaşdırır və bu inkişaf artıq hər bir sahədə özünü biruzə verir. Dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar sayəsində ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, eləcə də sahibkarlığa dövlət dəstəyi əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasını təmin edir. Əlbəttə ki, əlverişli sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması isə öz növbəsində işsizlik probleminin həllinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına öz tövhələrini verməkdədir və bütün bunlar aparılan düzgün iqtisadi siyasətin nəticələridir. Sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan sərəncamlar da təbii ki, növbəti illərdə dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması kimi mühüm vəzifələrin həyata keçirilməsinə zəmin yaradır.

İqtisadiyyatın inkişafı makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı maliyyə təhlükəsizliyinin təmini baxımından da vacib əhəmiyyət kəsb edir

Azərbaycanın uğurları, iqtisadi yüksəlişi əlbəttə ki, dünyanın məşhur analitiklərinin də diqqətindən kənarda qala bilməz. Əbəs yerə deyil ki, dünyanın nüfuzlu nəşrləri, Dünya Bankı, Dünya İqtisadi Forumu tərəfindən hazırlanan qlobal hesabatlarda bu uğurlar etiraf edilir, Azərbaycanın dünya ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğu öz əksini tapır. Ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasəti öz uğurlu nəticələrini ən qısa zamanda verməklə bu siyasətin doğruluğunu təsdiqləyir. Sahibkarlar üçün daha geniş imkanların yaradılması, sahibkarlıq subyektlərini daha da inkişaf etdirmələri üçün dövlət dəstəyinin artırılması iqtisadi inkişaf dinamikasını sürətləndirir və nəticədə Azərbaycanın iqtitisadi inkişafı davamlı olaraq artır və bu da təbii ki, qlobal hesabatlarda da öz əksini tapır. İqtisadiyyatın bütün sahələrinin inkişafı makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı maliyyə təhlükəsizliyinin təmini baxımından da vacib əhəmiyyət kəsb edir və göründüyü kimi bütün bunlar qlobal miqyasda belə diqqət mərkəzindədir. Qlobal hesabatlarda ölkəmizin biznesin dinamikliyi reytinqi üzrə ön pillədə qərarlaşması heç də təsadüfi deyil və sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait, sahibkarlıq sübyektlərinə dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, öhdəliklərdən azad edilməsi, dövlət vəsaitləri hesabına iş adamlarına, sahibkarlara subsidiyaların, güzəştli kredirlərin təqdim edilməsi ölkəmizin biznesin dinamikliyi reytinqi üzrə ön pillədə qərarlaşmasını şərtləndirir.

Azərbaycanın kiçik zaman kəsiyində nailiyyətlərə imza atmasını şərtləndirən əsas səbəblərdən biri həyata keçirilən uğurlu islahatlardır

Yaxın tariximizə nəzər saldıqda görürük ki, 1993-cü ildən etibarən düşünülmüş, uzaqgörən siyasət sayəsində Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, bunun ardınca sahibkarlar sinifinin formalaşması üçün həm hüquqi bazanın hazırlanması, həm də dövlət tərəfindən verilən hərtərəfli dəstək, eləcə də görülən digər işlər fonunda iqtisadiyyatda özəl sektorun payı artıq yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan hesab olunur. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın elə də böyük olmayan zaman kəsiyində belə bir nailiyyətlərə imza atmasını şərtləndirən əsas səbəblərdən biri, qeyd etdiyimiz kimi, həyata keçirilən uğurlu islahatlardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Azərbaycanın sürətli iqtisadi inkişafında, əhalinin maddi gəlirlərinin mütəmadı artmasında, yaşayış səviyyəsinin yüksəlməsində, məcmu istehsal artımının çoxalmasında mühüm rol oynayan amillərdən biri də sahibkarlar sinfinin formalaşması istiqamətində məqsədyönlü şəkildə həyata keçirilən siyasətdir.

Sahibkarlıq fəaliyyəti ölkə başçısının daim diqqət mərkəzindədir və imzalanan fərman və sərəncamlar sahibkarlara qayğının bariz nümunəsidir

Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan siyasət bu gün də uğurla davam etdirilir və Cənab Prezident İlham Əliyevin sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş 12 oktyabr tarixli fərman və sərəncamları sadalananları təsdiq edir. Təsdiq edir ki, sahibkarlıq fəaliyyəti ölkə başçısının daim diqqət mərkəzindədir və bu fərman və sərəncamlar hazırda sahibkarlara qayğının bariz nümunəsidir.
Bəllidir ki, hər bir sahibkarlıq subyektinin öz fəaliyyəti dövründə qarşılaşmalı olduğu müxtəlif yoxlamalar sahibkarın fəaliyyətinə hansısa istiqamətdə təsirsiz ötüşə bilməz. Hətta demək olar ki, bəzi iş adamları bu yoxlamalara görə məhz sahibkarlıq fəaliyyətindən uzaqlaşırlar. Bu da öz növbəsində sahibkarlığın inkişafına öz mənfi təsirini göstərməyə bilməz. Məhz bu baxımdan artıq bir necə ildir ki, Cənab Prezident İlham Əliyevin Fərmanı ilə sahibkarlıq subyektlərində yoxlamalar məhdudlaşdırılıb və sahibkarlar üçün bu, geniş şərait yaradılması anlamına gəlir. Ən son nəticələr belə təsdiq edir ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların tənzimlənməsi öz səmərəsini verməkdədir və hətta bundan sonra belə yüksək nəticələr vəd edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1269-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respulikası Prezidentinin Fərmani sahibkarlığa diqqət və qayğının bariz nümunəsidir. Ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının müxtəlif vergi və rüsumlardan azad edilməsi, eyni zamanda yoxlamalara cəlb olunmaması sahibkarlıq fəaliyyətində işin ahənginə öz müsbət təsirini göstərir. Artıq bir müddətdir ki, biz bu təsiri hiss etməkdəyik və məhsul istehsalının, məhsul bolluğunun artım tempi, sahibkarların sayının artması, iqtisadiyyatın durmadan inkişafı bunu təsdiq edir.
Nəinki yoxlamaların tənzimlənməsi, hətta sahibkarlara dövlət dəstəyi, dövlətin köməyi bu gün bütün dünya ölkələrinə nümunə hesab olunur. İndi Azərbaycanda sahibkar müxtəlif vergi, gömrük rüsumlarından, bir çox ödənişlərdən də azad olunaraq fəaliyyət göstərməklə yanaşı dövlətin qayğısını da hiss edir. Bu qayğı subsidiyalarda, güzəştli kreditlərin ayrılmasında, müxtəlif yardımlarda özünü biruzə verir. Aqrotexnikanın ayrılmasından tutmuş, zərərvericilərlə mübarizə aparmaq üçün dərman preparatlarına qədər sahibkarlara köməkliklərin göstərilməsi hazırda Azərbaycanda ənənə halını alıb və artıq sahibkar dövlət qayğısından hər an təminatlı olduğunu çox yaxşı dərk edir.
Bütün bunların fonunda dövlət başçısı, Cənab Prezident İlham Əliyev yenə də sahibkarların biznes mühitinin yaxşılaşdırılmasının qayğısına qalır və sahibkarlar hər zaman olduğu kimi indi daha çox diqqət mərkəzindədir. Hətta kiçik sahibkarlar belə diqqətdən kənarda qalmır, qayğından məhrum deyillər. Əksinə, dövlət başçısının diqqət və qayğısı, eyni zamanda dövlət köməyi indi böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün sahibkarlıq subyektlərini əhatə edir.
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sadalananları təsdiq edir və bu da öz növbəsidə sahibkarlığa xüsusi diqqət ayrıldığından xəbər verir. Ondan xəbər verir ki, Azərbaycanda sahibkarların hər biri dövlət tərəfindən, dövlət başçısı tərəfindən qiymətlərndirilir, onların fəaliyyətinə köməkliklər göstərilir, fəaliyyətlərinə stimul verilir. Əlbəttə ki, dövlət dəstəyi, dövlət köməyi artıq dövlət siyasətinin bir hissəsinə çevrilib və bu siyasətin mərkəzində vətəndaş amili, ölkənin iqtisadi inkişafı dayanır.
Məlumdur ki, böyük həcmdə məhsul istehsalına nail olan sahibkarlar daim müxtəlif növ kreditlərdən daha çox yaralanmaq imkanına malikdirlər. Daha dəqiq desək, böyük həcmdə məhsul istehsalçılarının tədavül dövriyyəsini nəzərə alaraq maliyyə qurumları vəsaitlərin ayrılmasını asanlıqla həyata keçirir və geniş həcmdə məhsul istehsal edən iri sahibkarlar bundan asanlıqla istifadə edə bilirlər. Bir sözlə, iri sahibkarlar üçün maliyyə mənbələrinin tapılması çox asan məsələdir və böyük həcmdə məhsul istehsal edən sahibkarlar maliyyə ehtiyaclarını çox asanlıqla qarşılaya bilirlər. Lakin, bundan fərqli olaraq, kiçik sahibkarlara maliyyə mənbələrini tapmaq elə də asan başa gəlmir. Çünki, maliyyə qurumları riskləri nəzərə alaraq daha çox iri sahibkarlara kredit ayrılışına üstünlük verirlər. Nəticədə kiçik sahibkarların maliyyə vəsaitlərini qarşılamağa ehtiyac duyulur.
Sözsüz ki, Cənab Prezidentin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bütün Fərmanları, Sərəncamları əbəs yerə deyil və məhz sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Daha doğrusu, kiçik sahibkarlığa dövlət köməyi ölkə başçısının bütün sahibkarlara dəstəyini ifadə edir və bu dəstək hər bir sahibkarın fəaliyyətində kifayət qədər müsbət nəticələr vəd edir. Bütün bunlar ölkəmizdə sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini əyani nümayiş etdirir. Elə bu səbəbdən sahibkarlıq getdikcə daha böyük sürətlə inkişaf etməkdə, ümumi iqtisadiyyatda öz çəkisini artırmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə