Rusiyadan bir aya 10 mlrd. dollar pul çıxarılıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan kapital axını 42,2 mlrd. ABŞ dolları təşkil edib. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda qonşu ölkədən kapital axını 31,9 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, təkcə oktyabrda Rusiyadan 10,3 mlrd. dollar pul çıxarılıb. Kapital axınındakı kəskin artım, əsasən, bankların xarici öhdəliklərini azaltması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə