Dünya iqtisadiyyatında qlobal yavaşlamaya dair ÇAĞIRIŞ

“Avrasiya İqtisadi Birliyi ölkələri dünya iqtisadiyyatında mümkün olan mənfi hadisələrin qarşısının alınması üçün ümumi mexanizmləri inkişaf etdirməlidirlər”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Baş nazirinin birinci müavini Askar Mamin deyib.

Onun sözlərinə görə, demək olar ki, bütün beynəlxalq maliyyə mərkəzləri dünya iqtisadiyyatının inkişafında qlobal yavaşlamaya diqqət yetirir: “Belə vəziyyətdə Avrasiya İqtisadi Birliyinin ölkələri qlobal iqtisadiyyatdakı mənfi hadisələrin təsirini azaltmaq üçün tədbirlər görməlidirlər. Hazırda birliyə daxil olan ölkələr arasında ticarət dövriyyəsi 15%, üçüncü ölkələrlə isə 23% artıb. Belə olan halda, dünya iqtisadiyyatının gələcəyinə dair proqnozlar ümidsizlik yaradır. Mənfi nəticələrin minimuma endirilməsi üçün ümumi tədbirlər hazırlamaq və qəbul etmək lazımdır ".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...