İlk dəfə Avstraliya qitəsindən olan qonaq “Yaşıl çay” MMC-də

Bu günlərdə ilk dəfə uzaq Avstraliya qitəsindən olan qonaq “Yaşıl çay” FT MMC-də olub. Lənkəran Turizm İnformasiya Mərkəzindən (TİM) SİA-ya verilən məlumata görə, Avstraliyanın Melbrun şəhərindən olan xanım Betham TİM-ə müraciət edərək Lənkəranda fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatına baş çəkmək istədiyini bildirib.

TİM-in köməkliyi ilə uzaq Avstraliyadan gələn qonaq üçün “Yaşıl çay” təsərrüfatına xüsusi tur təşkil olunub və təsərrüfatın fəaliyyəti, çayçılıq haqqında ona geniş məlumatlar verilib. Təsərrüfatla tanış olan qonaq burada gördüklərindən məmnun qalıb. O, Melburnda çayla bağlı elmi iş yazdığını qeyd edib. Əlavə edib ki, gəlişinin məqsədi Azərbaycanla, onun bölgələri ilə tanış olmaq, xüsusən də çayçılqla bağlı yeni məlumatlar əldə etməkdir.

“Yaşıl çay” fermer təsərrüfatında yamyaşıl,səliqəli çay plantasiyaları, kollara edilən yüksək aqrotexniki qulluq Melbrunlu qonaqda xoş təəssüratlar yaradıb. Uzaq diyardan gələn qonaq bir daha bu yerlərə gələcəyini dilə gətirib.

Sonra xanım Betham çay sahələrinin önündə xatirə şəkilləri çəkdirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...