Dünya əhalisinin yarısı gündə 5.5 dollardan az qazanc əldə edir HESABAT

Dünya Bankının yoxsulluq üzrə iki illik hesabatına əsasən dünya əhalisinin təxminən yarısı – 46 faiz və ya 3,4 milyard insan ehtiyaclarını ödəmək üçün gündə 5.5 dollarda az qazanc əldə edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 17 oktyabr - Yoxsulluqla Mübarizə günü üçün 2015-ci ili əhatə edən hesabatını açıqlayan Bankın məlumatlarında qeyd edilir: “ 2015-ci ildə 1.9 milyard və ya dünya əhalisinin 26.2 faizi günü 3.2 dollar üçün mübarizə aparıb. Yoxsullu səviyyəsi yüksək olan ölkələrdə bu rəqəmlər daha aşağıdır”.

Hesabatda qeyd olunur ki, yoxsulluqla bağlı problemlərin öhdəsindən Şərqi Asiya və Sakit okean regionu sürətli şəkildə gələ bilir. Belə ki, bu regionda 2010-cu ildən 2015-ci ilədək yoxsul əhalinin 40 faizində vəziyyət orta hesabla 4,7 faiz yaxşılaşıb. Beləliklə bu bölgədə yoxsul insanların sayı digər bölgələrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Avropada və Orta Asiya ölkələrinin bir çoxunda yoxsulların gəlirlərinin artımında az artım baş verib. Buna baxmayaraq, bu bölgədə yoxsulluq səviyyəsindən aşağı yaşayanların sayı azlıq təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə