Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min 34 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 953 ton çox pambıq tədarük olunub.
Ən çox pambıq yığan üç rayon bunlardır: Saatlı - 17 min 221 ton, Ağcabədi - 13 min 493 ton, Bərdə - 13 min 112 ton.
Bu il 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə