Rusiya hökuməti: "Ölkədə qiymət artımı sürətlənəcək"

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu ay ölkədə qiymət artımının sürətlənəcəyini, 0,4-0,5% təşkil edəcəyini proqnozlaşdırır. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Son nəticədə Nazirlik bu ilin yekununda ölkədə qiymət artımının 3,5-3,7% olacağını gözləyir. Bu rəqəm 2018-ci ilin ilk 9 ayının yekununda, təxminən, 2,5% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə