Amerikalı qonaq “Yaşıl çay” MMC-də olub

Bu gün ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində “Yaşıl çay” FT MMC-yə baş çəkib. SİA-nın məlumatına görə, hörmətli qonağı təsərrüfatın icraçı direktoru Elşad Yaqubov qarşılayıb. O, qonağı təsərrüfatın rəhbərliyi adından salamladıqdan sonra amerikal qonağı təsərrüfatın çay plantasiyası, tut bağı ilə tanış edib. Elşad Yaqubov təsərrüfatın yaranma tarixindən, onlara göstərilən dövlət qayğısından, gələcək inkişaf planlarından məlumat verib. Bildirib ki, çoxprofilli təsərrüfatda əsas diqqət çayçılığın inkişafına yönəldilib. Təsərrüfatın 150 ha torpaq sahəsi vardır. Onun 60 hektardan çox sahəsində çay əkilib. Artıq bir neçə ildir ki, məhsuldar sahələrdən yaşıl çay yığılır. Yığılan məhsul təsərrüfatın nəzdindəki emal müəssisəsində emal edilrək qablaşdırılır və satışa çıxarılır. Həmçinin təsərrüfatın heyvandarlıq ferması mövcuddur. Burada toplanan peyin çay sahələrinə verilir. Bu da yığılan məhsulun ekoloji cəhətdən təmiz olmasına səbəb olur.

Elşad Yaqubov daha sonra hörmətli qonağa baramaçılıq barədə məlumat verib. Bildirib ki, 2016-cı ildə təsərrüfatda Çindən gətirilmiş 12 min ədəd tut çilingi əkilib. Barama yetişdirmək məqsədilə müəssisədə müasir kümxana kompleksi tikilib istifadəyə verilib. Bu il təsərrüfatda ilk dəfə barama istehsal edilərək Şəki ipək Kombinatına təhvil verilib.

Gördüklərindən məmnun qalan Nensi Selfric“Yaşıl çay” MMC-də olmaqla Lənkəran barədə daha dolğun məlumat əldə etdiyini, təsərrüfatda hər şeyin mükəmməl və ürəkaçan olduğunu xüsusi vurğulayıb. “Yaşıl çay”ın rəhbərliyinə uğurlar arzulayan Nensi Selfric bir daha buraya yenidən gəlmək istədiyini, burada gördükləri barədə Amerikada da məlumat verəcəyini diqqətə çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...