“AtaSığorta” nın 2018-ci il üzrə 8 aylıq hesabatı

2018-ci ilin səkkiz ayı üzrə sığorta yığımları 14 715 203 manat, sığorta ödənişləri isə 5 925 815 manat təşkil edir. Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir. Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir.

Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə