Azərcell media nümayəndələri ilə bir yerdə

Senytabrın 21- də Azercell Telekom MMC-nin təşkilatçılığı ilə media nümayəndələri üçün "Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formalar, mövzular, məhdudiyyətlər" adlı təlim keçirilib. "Azərcell"in bu təlimi Ramada oteldə təşkil edilib. Jurnalistlərin gediş və dönüşü Azercell tərəfindən təmin edilib. Təlimlərin məqsədi xarici media orqanlarının təcrübəsini jurnalistlərlə bölüşmək olub.

Ramada Baku otelinin “Meeting room”zalında 10.00-18.00 saatlarında baş tutan təlimin sonunda əvvəlcə jurnalistlərə sertfikatlat verilib. Təlimdən sonra saat 19.00-da jurnalistlər Azercell rəhbərliyi və baş redaktorların da iştirak etdiyi ziyafətə qatılıblar. Ziyafət konsert proqramı, əyləncəli viktorinalar , lotereya oyunları və hədiyyələrlə davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə