Səkkiz ayda əhalinin gəlirləri 9,5 faiz artıb

Yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 34786,3 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3548,1 manata çatıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 31930,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə