Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun bu hissəsi təmirə bağlanır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrlik hissəsində təmir işləri davam etdirilir. Bu barədə SİA-ya Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Məlumata əsasən, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. Sentyabrın 20-dən isə yolun əks, yəni Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə başlanılacaq.

Təmir işləri bir neçə gün ərzində davam edəcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə