“AtaSığorta” ASC-nin 2018-ci il üzrə 8 aylıq hesabatı FOTO

“AtaSığorta” ASC-də 2018-ci ilin 8 ayı üzrə sığorta yığımları 14 715 203 manat, sığorta ödənişləri isə 5 925 815 manat təşkil edir. ASC-dən SİA-ya verilən məlumata görə, bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...