Kənd təsərrüfatının istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 100,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bunun da 2 milyard 86 milyon manatı heyvandarlıq, 2 milyard 14,2 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Yeddi ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə