"Аkva Holdinq" Azərbaycana "Yessentuki "mineral sularının tədarükünə başlayıb

Rusiyanın "Kavminkurortresursı" (KMKR) dövlət şirkətinin törəmə müəssisəsi "Аkva Holdinq" Azərbaycana "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükünə başlayıb. SİA KMKR-a istinadla xəbər verir ki, "Аkva Holdinq" şirkəti Azərbaycanın “FL Trans” şirkəti ilə "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükü haqqında müqavilə imzalayıb. Müqavilə çərçivəsində Azərbaycana 48 min butulka mineral su göndərilib. Tərəflər əməkdaşlığı genişləndirməyi və tədarükün həcmini artırmağı planlaşdırır. Azərbaycana ixrac olunan mineral sular rus və Azərbaycan dillərində xüsusi etiketlə buraxılacaq.

"Müəssisəmiz Azərbaycan bazarı ilə yanaşı, İsrail, Qazaxıstan və Belarusa məhsul ixracının başlamasına hazırlaşır", - deyə "Akva Holdinq"in baş direktoru Süleyman Vakapov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə