3200 ədəd "King" markal siqaretlər aşkar olunub

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King" markal siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə