"Azərsu": Bayram günlərində qəzaların qarşısını almaq üçün operativ tədbirlər görüləcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “955 Zəng mərkəzi” bayram günlərində 24 saat əhalinin xidmətində olacaq. ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. Bayram günlərində qəza briqadaları və “955 Zəng mərkəzi” 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun “955 Zəng mərkəzi”nə müraciət etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...