Banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Banklar Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, palatanın tövsiyəsinə əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sualla bağlı palatada yaradılmış qaynar xəttə müraciət etmək olar: əlaqələndirici şəxs: Azər Quluyev, e-mail: azar.guluyev@fimsa.az , tel: (+994) 70 908 62 21.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı əlavə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə