Daha bir şirkət “Caspian Energy Forum Baku – 2018”in sponsoru olub

"Ziraat Bank" sentyabrın 20-də Bakıda keçiriləcək VII Beynəlxalq "Caspian Energy Forum Baku - 2018"in (www.caspianenergyforum.com) sponsoru olub. "Caspian European Club"dan SİA-ya verilən məlumata görə, "Ziraat Bank" idarə heyətinin sədri Avni Dəmirci "Caspian Energy Forum Baku - 2018"in təşkilini yüksək qiymətləndirərək, bu forumun dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr arasında biznes əlaqələrinin nizamlanması üçün fəal meydan rolunu oynayacağını qeyd edib.

"Əvvəllər biz VI Beynəlxalq "Caspian Energy Forum Baku – 2018"in işində iştirak etmişik. "Caspian Energy Forum"un sponsoru olmağımızdan məmnunuq. "Zirat Bank Azərbaycan" olaraq "Caspian European Club" ilə sıx və səmərəli əməkdaşlığımzı bundan sonrakı dövrlərdə də davam etdirəcəyik. Maraqlıdır ki, forum iqtisadiyyatın neft və enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunu da əhatə edən bir neçə sessiyadan ibarət olacaq. "Caspian Energy Forum Baku"nun yüksək səviyyədə keçəcəyindən, həmçinin Azərbaycan iqtisadiyyatına daha çox sayda investisiyanın cəlbinə xidmət edəcəyindən əminəm", - deyə o qeyd edib.

"Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev "Ziraat Bank Azərbaycan"ın Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında fəal iştirak edən bank olduğunu vurğulayıb.

"Avni Dəmirci təkcə rəhbərlik etdiyi "BANKING & FINANCE COMMITTEE"nin deyil, həm də "Caspian European Club"un tərkibinə daxil olan digər sahə komitələrinin fəaliyyətində fəal iştirak edir", - deyə T.Əliyev diqqətə çatdırıb.

VII Beynəlxalq "Caspian Energy Forum Baku – 2018"ə rəsmi dəstəyi Azərbaycan hökuməti və "Caspian European Club" göstərir. "Caspian Energy Forum Baku – 2018"də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin da olduğu 1500-dən çox nümayəndə iştirak edəcək. Tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...