“Total” şirkəti İranı tərk etdi

Fransanın “Total” neft şirkəti İranı rəsmi olaraq tərk edib. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijen Namidar Zəncənə məlumat verib.

B.Zəncənənin sözlərinə görə, buna səbəb ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardır. Qeyd olunub ki, “Total” şirkəti “Cənubi Fars 11” layihəsindən noyabrın 4-nə kimi çıxacaq.

Nazir deyib ki, hazırda layihənin icrası üçün “Total”ı əvəz edəcək şirkət axtarılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...