Gömrükçülər avtomobildən nələr aşkar etdilər? ŞOK

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. SİA DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone" X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...