Bu ilin avqust ayının 1-nə kimi tarlalardan 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof yığılıb. Dövlət Statistika Komitəsindən (DSK) SİA-ya bildirilib ki, hesabat dövründə 925,7 min ton (keçən illə müqayisədə 15,6 faiz çox) tərəvəz, 308,1 min ton (1,1 faiz az) bostan məhsulları, 207,4 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1 faiz çox) üzüm, 535,2 ton (20,5 faiz çox) yaşıl çay yarpağı, 1,8 min ton (ötən illə eyni səviyyədə) günəbaxan və 2,1 min ton (5,7 faiz çox) tütün toplanıb.

Bundan başqa, qarğıdalı da daxil olmaqla 3 milyon 9,3 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə