İnam Kərimov vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov avqustun 25-də saat 11:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 - 364 44 80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə