Qazaxda önləyici tədbirlər nəticəsində...

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qazax rayonunun Cəfərli kəndində “Azərsun Holdinq” MMC-yə məxsus 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirilib.

Nazirlikdən SİA-ya bildiriblər ki, 38 hektar sahənin Kolorado kartof böcəyi ilə sirayətləndiyi aşkar olunub. Sirayətlənmiş sahədə təsərrüfat subyekti hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Aparılan tədbirlər öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib.

Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mütəmadi olaraq fermerlərlə görüşlər keçirir, kimyəvi preparatlardan vaxtında təlimata uyğun istifadə edilməsi və texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı tövsiyələr verirlər.

Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər bitkilərə böyük ziyan vurur.

Bütün xəbərlər Facebook səhifəmizdə