Cari ilin yanvar-iyul aylarında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 197,6 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, hesabat dövründə əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə toxuculuq sənayesində 64,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 54,4 faiz, geyim istehsalında isə 0,7 faiz artım müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə