Azərbaycan Aİ ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 5 milyard 489 milyon 727 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə