Türkiyə idxalı azaltmaq üçün ciddi qərarlar qəbul edir

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi ölkədə istehsal həcmini artırmaq üçün 16 maddədən ibarət dəstək və prosesləri qabaqlamaq paketini ictimaiyyətə açıqlayıb. SİA yerli rəsmi mənbələrə istinadla xəbər verir ki, sənaye və texnologiyalar naziri Bakanı Mustafa Varank iqtisadi inkişafa dair 1500 layihəyə ümumilikdə 500 milyon, eləcə də texnologiyaların inkişafına 100 milyon Türkiyə lirəsi dəyərində dəstək veriləcəyini bildirib. Nazir qeyd edib ki, bu layihələr əsasında ən azı 30 milyard ABŞ dolları məbləğində ixrac məhsuluna alternativ malların ölkədə istehsalı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə