İnformasiya və rabitə xidmətlərinin dəyəri artıb

2018-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 023,6 milyon manatlıq xidmət göstərib. SİA-nın məlumatına görə, xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,4 faizi və ya 495,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə