Mərkəzi Bank 350 milyon manat cəlb edir

Avqustun 20-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. SİA banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...