Bu il Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub. SİA Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% azdır. Avqustun 1-nə ölkədə hazır məhsul ehtiyatı 153,5 kq təşkil edib.

Son 1 ildə gümüşün də istehsalı azalıb. Belə ki, 7 ay ərzində ölkədə 1 051,1 kq gümüş istehsal olunub ki, bu da illik müqayisədə 5,3 dəfə azdır.

İyulun sonuna ölkədə hazır məhsul istehsalı 64,2 kq təşkil edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə