Dövlət büdcəsi: Gəlirlərimiz 12,7 milyard, xərclərimiz 11,6 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 78,1 milyon manat, xərcləri isə 11 milyard 649,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, büdcənin icrasında 428,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,0 faizi qədər profisit yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə