Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək

Oktyabrın 11-12-də Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək. SİA xəbər verir ki, “Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının təşkilatçlığı ilə keçiriləcək forumunda Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət siyasəti, neft emalı sahəsinin modernləşdirilməsi və sair məsələlər barədə məruzələr dinləniləcək. Tədbirdə SOCAR, həmçinin “Azpetrol”, “LUKoil”, “Shell”, “Turkpetrol” və digər şirkətlər iştirak edəcək.

Qedyd edək ki, jurnal Rusiyada fəaliyyət göstərir və əsasən yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin fəaliyyətinin işıqlandırılması, bu sahədə tədbirlərin təşkili işi məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...