Bu da Türkiyənin ABŞ-a cavabı - gömrük rüsumları artırıldı

Türkiyə ABŞ-dan idxal edilən məhsulların gömrük rüsumunu artırıb. Türkiyə mətbuatı xəbər verir ki, ABŞ-dan idxal edilən avtomobil, spirtli içki və tütünə tətbiq edilən gömrük vergisi artırılıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sərəncam imzalayıb.

Sənədə əsasən, Türkiyəyə idxal edilən avtomobillərin gömrük rüsumu 120%, spirtli içkilərin gömrük rüsumu 140%, tütünün gömrük rüsumu isə 60% artırılıb. Bundan başqa ABŞ-dan idxal edilən kosmetika, düyü və kömürün də gömrük rüsumu artırılıb.

Türkiyə prezidentinin yardımçısı Fuad Oktay Tvitter səhifəsində qeyd edib ki, bu addımlar ABŞ-ın Türkiyə iqtisadiyyatına hücumu ilə bağlı atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə