Berat Albayrak: "Dollara olan inam azalır"

"Bu gün bir çox ölkələr başa düşür ki, dollara olan inam azalır". "Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib. Bununla belə, onun sözlərinə görə, hökumət ölkənin milli valyutasının məzənnəsinin qorunması istiqamətində daha güclü addımlar atacaq.

"Son 5 ildə Türkiyəyə qarşı Qərb dövlətlərinin etdiyi hərəkətlərə baxmayaraq, xalqımız çətinliklərdən çıxdı. Bütün bunlar zəif nöqtələrimizi göstərdi. Lirəni qoruyacağıq, onunla davam edəcəyik. Bir çox bank rəhbərləri işlərini koordinasiya edir", - deyə nazir bildirib.

O eyni zamanda əlavə edib ki, məzənnə böhranına baxmayaraq, Türkiyə birjalarında təşviş yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə