Bu il qeyri-OPEC ölkələrinin neft tədarükü sutkada 59,62 milyon barrel olacaq

Cari ildə qeyri-OPEC ölkələrinin neft tədarükü sutkada 59,62 milyon barrel olacaq. SİA xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, iyulda qlobal neft tədarükü iyun ayı ilə müqayisədə 680 min barrel artaraq gündəlik 98 milyon 530 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrinin neft tədarükü 640 min barrel çoxalaraq sutkada 66 milyon 200 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 430 min barrel artaraq gündəlik 100 milyon 260 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə 2019-cu ildə sutkalıq 32 milyon 200 min barrel olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə